Nazirliyin daha iki vəzifəli şəxsi işdən çıxarıldı

Nazirliyin daha iki vəzifəli şəxsi işdən çıxarıldı
16:11 11 Yanvar 2016
64 Digər
Ölkə mətbuatı
A- A+

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) kadr dəyişikliyi olub.

Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, RYTN-nin Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov və onun müavini Nazim Mədətov tutduqları vəzifədən azad ediliblər.

Məlumata görə onların yerinə artıq təyinat da olub. Belə ki, Məlumat Hesablama Mərkəzinin direktor müavini vəzifəsinə Elnar Əsədov təyin edilib: "E. Əsədov hazırda müvəqqəti olaraq direktor vəzifəsini də icra edir", -deyə nazirliyin mətbuat xidmətindən bildirdilər.

Nail Mərdanov 8 iyul 1971-ci ildə anadan olub. O, 1993-cü ildə Azərbaycan Texniki Universitetini bitirib. 1997-ci ildən 2000-ci ilədək Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Nizami avtomatik telefon stansiyasının mühəndis-proqramçı, avtomatik nəzarət sistemi şöbəsinin müdiri vəzifələrində işləyib. O, 2001-ci il 25 iyuldan Avtomatik Hesablama Mərkəzində, 7 aprel 2004-ci ildən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru işləyib.

2007-ci ildə "Rabitə ustası" fəxri adı ilə təltif olunub.


Nail Mərdanov- Məlumat Hesablama Mərkəzinin sabiq direktoru

"Prezident İlham Əliyev noyabr ayının 12-də rabitə və yüksək texnalogiyalar naziri naziri Əli Abbasovun vəzifədən zad edilməsi ilə bağlı sərəncam imzalayıb. Vəzifəsindən azad edilən Əli Abbasovdan sonra bu vəzifə sabiq nazirin birinci müavini İltimas Məmmədova həvalə edilib".

Noyabr ayının 25-də isə ölkə başçısının sərəncamı ilə nazirin birinci müavini vəzifəsinə Ramin Quluzadə təyin olunub. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə birinci müavin vəzifəsinə təyin edilən Ramin Quluzadə bu gün nazirliyin kollektivinə təqdim edilib.

Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunan Ramin Quluzadə Heydər Əliyev Fondunda çalışıb.


Ramin Quluzadə- RYTN-nin birinci müavini

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369415

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR