Putin "Türk axını"nı Cənub axınına dəyişir

Putin "Türk axını"nı Cənub axınına dəyişir
16:12 11 Yanvar 2016
37 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya və Bolqarıstan Avropaya rus qazını çatdıracaq "Cənub axını" kəmərinin tikintisi barədə danışıqlar aparır.

Milli.Az Modern.az-a istinadən bildirir ki, bu barədə Bolqarıstanın "Standart" qəzeti baş nazir Boyko Borisova yaxın 2 ayrı mənbəyə əsasən deyib.

Qəzetin məlumatına görə, yaxın həftələrdə danışıqlarda ciddi irəliləyişin baş verəcəyi gözlənilir. Bildirilir ki, Türkiyə ilə münasibətlər pisləşdikdən sonra rəsmi Moskva "Türk axını" layihəsinin dondurulmasına qərar verib. Çinə qaz ixracını nəzərdə tutan "Sibir gücü" kəmərinin də iqtisadi çətinliklər səbəbindən ləngiməsi Moskvanın niyyətlərini Bolqarıstana çevirməsinə səbəb olub.

Xatırladaq ki, 2012-ci il dekabrın 7-də inşa olunmağa başlayan "Cənub axını" layihəsi Rusiyanın Anapa şəhərindən Bolqarıstanın Varna şəhərinə sualtı qaz kəmərinin çəkilişinin nəzərdə tuturdu. Lakin 2014-cü ilin dekabrında Rusiya-Avropa Birliyi arasında yaranan gərginlik fonunda layihə dondurulmuşdu.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/396924.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR