6 saatlıq iş rejiminə keçirlər

6 saatlıq iş rejiminə keçirlər
16:52 11 Yanvar 2016
77 Dünya
Ölkə mətbuatı
A- A+

İsveçdən sonra Norveçdə bütün iş yerləri, o cümlədən qocalar evi, xəstəxanalar və avtomobil servis mərkəzləri 6 saatlıq iş rejiminə keçməyə hazırlaşırlar.

Milli.az bildirir ki, Norveçin dövlət və özəl şirkətlərindən verilən məlumatlara görə, iş gününün 2 saat azaldılması əmək məhsuldarlığına müsbət təsir etməlidir.
"İş gününün qısaldılması çalışanların əhval-ruhiyyəsini artırmaqla yanaşı, onların şəxsi həyatlarına, ailələrinə və idmana daha çox vaxt ayırmalarına səbəb olacaq. Sonucda onlar ertəsi gün iş yerinə xoş əhval-ruhiyyədə gələcəklər və əmək məhsuldarlığı da artacaq", - Norveç Əmək Şurasının açıqlamasında deyilir.
Norveçdə iş günü 2 saat azaldılarsa, iş vaxtı sosial şəbəkələrdə mümkün qədər az vaxt keçirmək tələb olunacaq.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/396968.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR