AZAL-ın təyyarəsi Bakıya uça bilmədi

AZAL-ın təyyarəsi Bakıya uça bilmədi
16:51 11 Yanvar 2016
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyanın Sankt Peterburq şəhərindən Bakıya gələn aviareys təxirə düşüb.

ANS PRESS-in məlumatına görə, reysin təxirə düşməsinə səbəb təyyarədə yaranan nasazlıqdır. Bu barədə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib: "Təyyarədə texniki problem yarandığından, gecə olan uçuşda ləngimə var. Reys təxirə salınmayıb. Hal-hazırda təyyarənin yola salınması istiqamətdə işlər aparılır. Tez bir zamanda - təyyarə hazır olduqdan sonra uçuş baş tutacaq", - deyə qurum rəsmisi bildirib.

Fakt Pulkovo hava limanından da təsdiqlənib. Reysin ləngiməsi barədə hava limanının saytında uçuş cədvəlində məlumat yerləşdirilib. Məlumat üçün qeyd edək ki, “Azərbaycan Hava Yolları”na məxsus təyyarə ötən gün 23:50-də (Rusiya vaxtı ilə) yola düşməli idi.


Pulkovo hava limanının saytındakı uçuş cədvəli

Qeyd edək ki, iki reysin uçuşunda problem yaranıb. Bunlardan biri Bakı, digəri isə Samaraya olan uçuşdur.


Qeyd edək ki, AZAL-ın J20020 nömrəli reysinin sərnişinləri artıq 17 saatdır ki, gözləyirlər.





Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=369422

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR