Azərbaycanlı aktirsa: "Uzaqda cəhənnəm əzabı çəkirəm"

Azərbaycanlı aktirsa: "Uzaqda cəhənnəm əzabı çəkirəm"
16:52 11 Yanvar 2016
23 Digər
Ölkə mətbuatı
A- A+

Hazırda Türkiyədə yaşayan və fəaliyyət göstərən aktrisa Könül Nağıyeva "ATV maqazin onlarla" verilişini evində qonaq edib. 

Axşam.az-ın məlumatına görə, aktrisa Bakıdan, bəzi dostlarından küsüb getdiyini bildirib:

"Bir çox insandan iyrənmişəm. Onlarla eyni havanı udmaq istəmirəm. Hamını ətrafımdan uzaqlaşdırmışam. İki-üç insan qalıb ki, evimə çağıraram, qulluq edərəm. Axır vaxtlar insanlar o qədər qəlbiqara olublar ki... Hər şeyləri var: ev, maşın... Nə üçün bu qədər insanları tənqid edirsiniz? Özümə qarşı da bu tənqidləri gördüm. Ona görə də dedim ki, nə yaxşı, mənə təklif gəldi, İstanbula köçdüm. Özümü lazım olmayan insanlara xərcləmirəm. İnsanlar sənə pislik edəndə fikirləşmirlər ki, qadına qarşı niyə pislik etdim?"

K.Nağıyeva həmkarlarının onu pislədiyini də etiraf edib:

""Tərkedilmiş" filminin qalasına gəlib, üzümə baxa-baxa dedi ki, "pis deyildi". O qədər həmkarım məni pislədi ki... Səbəbi nədir? Yolunuzu keçməmişəm, çörəyinizi almamışam. Niyə siz partlayırsınız? Oğlumdan ötrü darıxıram. Hərdən o yanıma gəlir. İmkan tapan kimi mən təyyarəyə minib, onu görməyə gedirəm. Oğlumdan uzaqda cəhənnəm əzabı çəkirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/396966.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR