Şirvanda avtomobil piyadanı vurdu

Şirvanda avtomobil piyadanı vurdu
17:05 11 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+

Şirvan şəhərində avtomobil 63 yaşlı qadını vurub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə günorta saatlarında Şirvan şəhəri H.Əliyev prospektində qeydə alınıb. Şirvan sakini Nəsirov Nəsir Məmmədəli oğlu idarə etdiyi "QAZ 24" markalı, 18 BF 653 dövlət nömrə nişanlı avtomobillə yolu keçən Şirvan sakini, Nizami küçəsi, 41 ünvanında yaşayan, 1952-ci il təvəllüdlü Rəsulova Bəhruzə Rəsul qızını vurub. Sürücü tərəfindən Şirvan Şəhər Xəstəxanasına çatdırılan qadın baldır sümüyünün sınığı diaqnozu ilə travmatologiya şöbəsinə yerləşdirilib.
 
Faktla bağlı Şirvan Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/396945.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR