İranda Cənubi Pars qaz yatağının yeni blokları istismara verilib

İranda Cənubi Pars qaz yatağının yeni blokları istismara verilib
17:12 11 Yanvar 2016
17 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 yanvar. REPORT.AZ/ Fars körfəzində yerləşən Cənubi Pars qaz yatağının 15-ci və 16-cı blokları istismara verilib.
"Report" TASS-a istinadən xəbər verir ki, təntənəli açılışda İran prezidenti Həsən Ruhani iştirak edib.
"Şana" agentliyinin məlumatına görə, bu iki yeni blokda sutkada 56,6 milyon kubmetr qaz hasil olunacaq. Onların işlənəcəyi müəssisələrdə isə gündəlik 75 min barel qaz kondensatı, 400 ton kükürd, eləcə də ildə 1 milyon tondan çox maye qaz və 1 milyon ton etan istehsal olunacaq.
Ümumilikdə, İranın Cənub Pars yatağı 24 blokdan ibarətdir. Onun vasitəsilə İranın daxili qaz istehlakının 55 faizi təmin edilir. Bu isə sutkada 430 milyon kubmetr qaz deməkdir.

Xəbərin orijinal ünvanı: http://report.az/region/i-randa-cenubi-pars-qaz-yataginin-yeni-bloklari-istismara-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR