Təhsil Nazirliyi Gürcüstandakı soydaşlarımıza dərslik və metodik vəsaitlər göndərib

Təhsil Nazirliyi Gürcüstandakı soydaşlarımıza dərslik və metodik vəsaitlər göndərib
17:18 11 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+


Tbilisi, 11 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Təhsil Nazirliyi Gürcüstanda yaşayan azərbaycanlıların Azərbaycan dilində dərsliklərlə təmin olunması istiqamətində tədbirlərini davam etdirir. Nazirlik Gürcüstana 2015-2016-cı tədris ili üçün IV, V, VI və VIII siniflər üçün 12 adda 9810 nüsxə kitab göndərib. Azərbaycan dili və ədəbiyyatı dərslikləri, müəllimlər üçün metodik vəsaitlər Azərbaycanın Gürcüstandakı səfirliyinin vasitəçiliyi ilə bu ölkənin Elm və Təhsil Nazirliyinə təqdim olunacaq.
Qeyd edək ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi Gürcüstandakı Azərbaycan dilli məktəblər üçün son iki ildə 47105 ədəd müxtəlif adda dərs vəsaiti göndərib. Bu kitablar həmin məktəblərə paylanılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tehsil_Nazirliyi_Gurcustandaki_soydaslarimiza_derslik_ve_metodik_vesaitler_gonderib-917514

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR