Nazirliyin həbsdə olan sabiq aparat rəhbəri ailəsi ilə görüşmək istəmir

Nazirliyin həbsdə olan sabiq aparat rəhbəri ailəsi ilə görüşmək istəmir
17:22 11 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalov vəkili ilə görüşüb. Milli.Az bildirir ki, bu barədə Trend-ə V.Zeynalovun vəkili Muğan Əliyev məlumat verib.

Onun sözlərinə görə, V.Zeynalovun saxlanma şəraiti və səhhətindən heç bir şikayəti yoxdur.

Müvəkkili ilə vaxtaşırı görüşdüyünü deyən M.Əliyev bildirib ki, istintaq təcridxanasında saxlanıldığı müddət ərzində V.Zeynalov ailəsi ilə görüşməyib. Buna səbəb isə onun ailəsi ilə görüşmək istəməməsidir.

Sabiq aparat rəhbəri vəkili ilə görüş zamanı barəsində yayılan məlumatları da təkzib edib. Bildirib ki, onun mehmanxana biznesi olmayıb, yayılan məlumatlar həqiqəti əks etdirmir.

Qeyd edək ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə V.Zeynalov barəsində 3 ay müddətinə həbs qəti imkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə; külli miqdarda törədildikdə;) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR