Fransada məşhur aktyor Jan Marenin qəbri qarət olunub

Fransada məşhur aktyor Jan Marenin qəbri qarət olunub
18:08 11 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 yanvar, AZƏRTAC
Naməlum şəxslər görkəmli fransız aktyoru Jan Marenin Vallorisdəki qəbiristanlıqda yerləşən məzarüstü abidəsi qarət edilib. Oğrular oradan 1946-cı ildə çəkilən “Gözəl və bədheybət” filmindəki heyvan başı şəklindəki tunc fiquru çıxarıblar. Qarət zamanı dəyən zərər 4 min avro dəyərində qiymətləndirilir.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, oğurlanmış fiqurun hündürlüyü 60 santimetr, çəkisi 35 kiloqram olub. Abidə bədii heykəltəraşlıqla maraqlanan Jan Marenin özünün dövrümüzə gəlib çatmayan işinin əsasinda hazırlanıb. Ümumilikdə isə fransız kinosunun ulduzunun məzarı üzərində iki belə fiqur, həmçinin buynuzlu və qanadlı sfinks və şir surətli bürünc maska quraşdırılıb.
Xatırladaq ki, Jan Mare “Orfey”, “Dəmir maska”, “Səfillər” və “Qraf Monte-Kristo” filmlərinin də daxil olduğu 100-dən çox ekran əsərində çıxış edib. Aktyor Azərbaycan tamaşaçılarının hafizəsində ən çox Andre Yunebelin məşhur trilogiyasında Fantomas rolunun ifaçısı kimi qalıb. Bu filmlərdə Mare dahi komik Lui de Fünes ilə birgə çəkilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Fransada_meshur_aktyor_Jan_Marenin_qebri_qaret_olunub-917532

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR