Şadlıq evlərini cərimələdilər

Şadlıq evlərini cərimələdilər
18:12 11 Yanvar 2016
29 Digər
Ölkə mətbuatı
A- A+

2015-ci il dekabr ayının 19-da aksiz markaları ilə markalanmalı olan malların dövriyyəsinin tənzimlənməsi qaydalarına riayət olunması ilə bağlı qanunvericilik aktlarına edilmiş dəyişikliklərlə əlaqədar olaraq, alkoqollu içkilərin istehsalı, idxalı, habelə topdan və iri ticarət şəbəkələrində satışını həyata keçirən vergiödəyicilərin nümayəndələri ilə Vergilər Nazirliyində görüş keçirilmiş və həmin dəyişikliklər barədə onlara geniş məlumat verilərək, bütün suallara aydınlıq gətirilmişdi.

Milli.Az bildirir ki, Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, 2016-cı ilin 6-8 yanvar tarixlərində aksizli malların dövriyyəsinin tənzimlənməsi qaydalarına əməl edilməsi vəziyyətini yoxlamaq məqsədilə Vergilər Nazirliyi tərəfindən Bakı şəhəri də daxil olmaqla, bütün rayon və şəhərlərdə vergi nəzarəti tədbirləri keçirilib, ümumilikdə 145 vergiödəyicidə, o cümlədən, "Ameqo" MMC topdan satış bazası, "Sonalar Sonası" şadlıq evi, "Favorit" marketdə bir sıra qanun pozuntuları aşkar edilib.

Keçirilmiş tədbirlər zamanı 84 vergiödəyici tərəfindən aksizli malların az miqdarda nağd qaydada satıldığı müəyyən edilərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 229.2-ci maddəsinə əsasən barələrində 8 400,0 manat bəbləğində inzibati cərimə tətbiq olunub. 47 vergiödəyici üzrə mal qalığının yoxlanılması zamanı 234 752,8 manat dəyərində 57 542 ədəd alkoqollu içkilər və tütün məmulatlarının əldə edilməsini (alınmasını) və dəyərinin nağdsız qaydada ödənilməsini təsdiqləyən sənədlər təqdim olunmadığından, onlar götürülərək məsul saxlamaya verilib və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib.

Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 68 a ünvanında yerləşən "NAİQİN-K TOVUZ BALTİYA" MMC-yə məxsus "Tovuz Konyak" evində əməliyyat tədbiri keçirilərək, nəzarət qaydasına alınmış, külli miqdarda spirtli içkilərin nağd qaydada satışının həyata keçirildiyi müəyyən edildiyindən və toplanmış materialda Azərbaycan Respublikası CM-nin 213-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri olduğundan məsələ ilə bağlı 06.01.2016-cı il tarixdə cinayət işi başlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/396989.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR