Azərbaycan bankları marja ilə bağlı tələbi pozub

Azərbaycan bankları marja ilə bağlı tələbi pozub
20:51 11 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta mübadiləsində tətbiq etydiyi yeni qaydaya əsasən, bu günə olan rəsmi məzənnələri nəzərə alaraq nağd dolların satışı maksimum 1,6268 AZN/USD, avronun satışı isə 1,7755 AZN/EUR-u keçə bilməz. 

"Report"un kommersiya banklarının rəsmi saytlarına istinadən verdiyi xəbərə görə, bir sıra banklar bu limitə əməl etməyib. Buna müvafiq olaraq alış məzənnəsi minimal 1,5016 AZN/USD, avroda isə 1,6389 AZN/EUR-dan az olmamalıdır.

Qeyd edək ki, AMB-nin İdarə Heyətinin 8 yanvar tarixli qərarı ilə nağd və qeyri-nağd mübadilə əməliyyatları zamanı milli valyutanın xarici valyutaya, habelə xarici valyutanın mübadilə məzənnəsi hədlərini həmin gün üçün rəsmi məzənnədən +/- 4% məbləğində (xarici valyutanın alış məzənnəsi rəsmi məzənnədən maksimum 4%-dək aşağı, satış məzənnəsi isə maksimum 4%-dək yuxarı) müəyyən edilib.

Bununla əlaqədar, banklar və onların struktur bölmələri tərəfindən xarici valyuta məzənnələrinin müəyyən olunması zamanı Mərkəzi Bank tərəfindən tətbiq edilmiş limitə (marja) riayət edilməsinə ciddi nəzarət edilməlidir.

Yəni, bugünkü rəsmi məzənnəyə (1,5642 AZN/USD) uyğun olaraq, dolların alış məzənnəsi minimum 1,5016 AZN/USD, satış məzənnəsi isə maksimum 1,6268 AZN/USD ola bilər.

Xatırladaq ki, AMB 2015-ci il dekabrın 21-də "üzən məzənnə"yə keçənə qədər alış-satış məzənnəsi üçün marja +/- 2% olub. Daha sonra, "üzən məzənnə" rejiminə keçidlə əlaqədar bu limit aradan qaldırılıb və banklar istədikləri məzənnə ilə alqı-satqı həyata keçirməyə başlayıb.
Banklar

AZN/USD

AZN/EUR

Alış

Satış

Alış

Satış

1

Accessbank

1,6000   

1,6260   

1,6390   

1,7750   

2

AGBank

1,5500

1,6267

1,6730

1,7755

3

Amrahbank

1,5600

1,6200

1,6920

1,7750

4

ASB Bank

1,5600

1,6260

1,6880

1,7750

5

Atrabank

1,5642

1,6267

1,7000

1,7754

6

Expressbank

1,5641

1,6267

1,7050

1,7754

7

Bank BTB

1,6000

1,8900

1,6594

1,9781

8

Azer-Turk Bank

1,5641

1,6250

1,6815

1,7750

9

Bank VTB Azerbaijan

1,5500

1,6260

1,6390

1,7750

10

Zaminbank

1,5016

1,6260

1,7065

1,7263

11

YapiKredi Bank Azerbaijan 

1,5024

1,6260

1,6398

1,7746

12

Unibank

1,6100

1,6260

1,7072

1,7746

13

Turanbank

1,5650

1,6265

1,6400

1,7750

14

NBC Bank

1,5600

1,6200

1,6400

1,7700

15

Muganbank

1,5600

1,6268

1,6400

1,7750

16

Kapital Bank

1,5569

1,6265

1,6894

1,7752

17

Dekabank

1,5500

1,6260

1,6500

1,7500

18

Bank Respublika

-

1,6267

-

1,7750

19

Demirbank

1,5635

1,6260

1,6770

1,7740

20

Pasha Bank

1,6189

1,6267

1,7669

1,7754

21

Bank of Baku

1,5900

1,6250

1,6390

1,7750


Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azerbaycan-banklari-marja-ile-bagli-telebi-pozub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR