[ 30 Dekabr 2014 17:12 ]
Bakı. Zümrüd Paşayeva – APA. Yunanıstanda sərnişin gəmisindən SOS siqnalı verilib.
APA-nın “Euronews”a istinadən verdiyi xəbərə görə, Krit adasına gedən və göyərtəsində yüzlərlə sərnişin olan “Blue Sky” gəminin silahlı şəxslər tərəfindən ələ keçirildiyi bildirilir. Silahlıların qeyri-qanuni miqrant olduğu güman edilir.
Yunanıstan bölgəyə iki helikopter və bir freqat göndərib.
Qeyd edək ki, Moldova bayrağı altında üzən gəmi hazırda Korfu adası sahilləri yaxınlığındadır.