Bakı Gəmiqayırma Zavodunda sualtı tikinti gəmisi hazırlanır

Bakı Gəmiqayırma Zavodunda sualtı tikinti gəmisi hazırlanır
18:29 11 Yanvar 2016
15 Sosial
Ölkə mətbuatı
A- A+

 

Azərbaycan İnvestisiya Şirkətinin əsas səhmdarlarından olduğu Bakı Gəmiqayırma Zavodunda ötən 2015-ci ildə 2 üzən qurğunun və 3 blok körpüsünün tikintisi başa çatdırılıb.

 

İqtisadiyyat və Sənaye Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, hazırda zavodda BP şirkətinin sifarişi ilə dəyəri 378 mln. dollar olan “Xankəndi” sualtı tikinti gəmisinin inşası aparılır. Gəminin tikintisinin 2017-ci ilin aprel ayınadək tam başa çatdırılması nəzərdə tutulur.

 

Eyni zamanda, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sifarişi ilə 3 ədəd 80 nəfərlik sərnişin gəmisinin tikintisi həyata keçirilir. Bu gəmilərin inşası üzrə işlər bu ilin aprelinədək başa çatdırılacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228267

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR