Beynəlxalq Energetika Agentliyi neftin bahalaşacağını proqnozlaşdırır

18:42 11 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

F.Birol ilk növbədə bu cür amillər qismində İrana qarşı irəli sürülən sanksiyaların aradan qaldırılmasını misal çəkib. Onun fikrincə, bu proses bazarda bolluq yaradaraq, İrana hasilatı artırmağa imkan verəcək.
Bununla belə Birol qeyd edib ki, gec və ya tez qiymətlər istehsalat güclərinin (obyektlərin) tükənməsi ilə əlaqədar yüksəlməyə başlayacaq.
IEA-nın rəhbəri vurğulayıb ki, qiymətlər düşdüyü üçün neft sənayesi investisiyaları itirməyə başlayıb. Xüsusən, 2015-ci ilin onlarında həcm 20% azalıb. Bu il də analoji azalma gözlənilir.
Qeyd edək ki, payız mövsümünün sonundan başlayaraq neftin qiyməti sürətlə düşməyə başlayıb, dekabrda isə qiymət 40 dollar/barelə çatıb.
İranla Səudiyyə Ərəbistanı arasında münasibətlərin pisləşməsinə baxmayaraq, neftin qiymətində ilin əvvəlində nəzərəçarpacaq artım müşahidə edilməyib. Hazırda neftin satış qiyməti 11 il ərzindəki minimum göstəriciyə yaxındır. Neftin bir çəlləyi 33-34 dollar ətrafında dəyişir. 

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/beynelxalq-energetika-agentliyi-neftin-bahalasacagini-proqnozlasdirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR