Vüqar Həşimovun ölümündən iki il keçir - fotolar

Vüqar Həşimovun ölümündən iki il keçir - fotolar
18:46 11 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Gənc şahmatçı Vüqar Həşimovun ölüm tarixindən iki il keçir.

Axşam.az-ın məlumatına görə, qrossmeyster (2002), şahmat üzrə üçqat Azərbaycan çempionu (1995, 1996, 1998) 11 yanvar 2014-cü ildə beyin xərçəngindən müalicə olunduğu Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişib. Onun ölümü nəinki Azərbaycan, hətta bütün dünya ictimaiyyətini sarsıtdı.

V.Həşimovun nişanlısı Elizabet V. son günlərinədək onun yanında olub.
 
27 yaşlı Vüqar II Fəxri Xiyabanda dəfn edilib. 24 iyul 2014-cü ildə Vüqar Həşimovun qəbirüstü abidəsinin açılış mərasimi olub. Bürüncdən olan abidənin müəllifi məşhur heykəltəraş Azad Əliyevdir.

Vüqar Həşimov FİDE-nin 2011-ci ilin mart ayına olan reytinq siyahısında Teymur Rəcəbovu bir pillə qabaqlayaraq 11-ci yerdə qərarlaşıb. 2002, 2004, 2006 və 2008-ci illərin Şahmat Olimpiadalarında Azərbaycan yığmasının tərkibində çıxış edib. Azərbaycan Şahmat Federasiyası ilə arasında yaranmış münaqişəyə görə 2010-cu il Şahmat Olimpiadasında yığma komandanın heyətinə dəvət edilməyib. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanıb. 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olub.






RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR