Göyçay sakini qohumunu bıçaqlayıb

Göyçay sakini qohumunu bıçaqlayıb
19:14 11 Yanvar 2016
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Bığır kəndində qeydə alınıb. Kənd sakini 1980-ci il təvəllüdlü Həsənov Həsənağa Rəhim oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı qonşusu və bibisinin qaynı oğlu, 1988-ci il təvəllüdlü Beydullayev Nurlan Şövkət oğlunu bıçaqlayıb.

 

Döş qəfəsi, boyun və qarın boşluğundan bir neçə bıçaq xəsarəti alan Həsənağa Həsənov təcili olaraq Göyçay Mərkəzi rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilərək əməliyyat olunub. Hazırda onun vəziyyəti ağır olaraq qalır. Hadisəni törədən Nurlan Beydullayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228275

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR