Məşhur aktyorun qəbri qarət olunub

Məşhur aktyorun qəbri qarət olunub
19:17 11 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Naməlum şəxslər görkəmli fransız aktyoru Jan Marenin Vallorisdəki qəbristanlıqda yerləşən məzarüstü abidəsini qarət ediblər. Oğrular oradan 1946-cı ildə çəkilən "Gözəl və bədheybət" filmindəki heyvan başı şəklindəki tunc fiquru çıxarıblar. Qarət zamanı dəyən zərər 4 min avro dəyərində qiymətləndirilir.

Milli.Az bildirir ki, AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, oğurlanmış fiqurun hündürlüyü 60 santimetr, çəkisi 35 kiloqram olub. Abidə bədii heykəltəraşlıqla maraqlanan Jan Marenin özünün dövrümüzə gəlib çatmayan işinin əsasinda hazırlanıb. Ümumilikdə isə fransız kinosunun ulduzunun məzarı üzərində iki belə fiqur, həmçinin buynuzlu və qanadlı sfinks və şir surətli bürünc maska quraşdırılıb.

Xatırladaq ki, Jan Mare "Orfey", "Dəmir maska", "Səfillər" və "Qraf Monte-Kristo" filmlərinin də daxil olduğu 100-dən çox ekran əsərində çıxış edib. Aktyor Azərbaycan tamaşaçılarının hafizəsində ən çox Andre Yunebelin məşhur trilogiyasında Fantomas rolunun ifaçısı kimi qalıb. Bu filmlərdə Mare dahi komik Lui de Fünes ilə birgə çəkilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/397011.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR