Göyçay sakini qohumunu bıçaqlayıb

Göyçay sakini qohumunu bıçaqlayıb
19:27 11 Yanvar 2016
18 Ölkə
Ölkə mətbuatı
A- A+

Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın xəbərinə görə, hadisə bu gün rayonun Bığır kəndində qeydə alınıb. Kənd sakini, 1980-ci il təvəllüdlü Həsənov Həsənağa Rəhim oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı qonşusu və bibisinin qaynı oğlu, 1988-ci il təvəllüdlü Beydullayev Nurlan Şövkət oğlu tərəfindən bıçaqlanıb.

Döş qəfəsi, boyun və qarın boşluğundan bir neçə bıçaq xəsarəti alan Həsənağa Həsənov təcili olaraq Göyçay Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilərək əməliyyat olunub. Hazırda onun vəziyyəti ağır olaraq qalır. Hadisəni törədən Nurlan Beydullayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR