Tarkan nişanlısının müdafiəsinə qalxdı (FOTO)

Tarkan nişanlısının müdafiəsinə qalxdı (FOTO)
19:36 11 Yanvar 2016
61 Şou
Ölkə mətbuatı
A- A+

Türk pop ulduz Tarkan nişanlısı haqqında yayılan xəbərlərə üsyan edib. ANS PRESS-in məlumatına görə, sosial mediyada az öncə evlənəcəyi xəbərləri yayılan Tarkan və onun nişanlısı Pınar Diləklə bağlı söz-söhbətlər müğəninini özündən çıxarıb. O, yazılan xəbərlərə münasibət bildirib.

“Hər gün haqqımda yazılan, deyilən xəbərlərin qarşısında susmağın nə qədər ağır yük olduğunu bilirsinizmi? Heç bircə dəfə də olsun anlayışla yanaşmağa çalışdınızmı? Qazandığım şöhrətin cavabı ən insani haqqım olan şəxsi həyatımı bu cür kiçiltmək idimi?

Bir insanı şər və böhtanlarla ləkələməyə, kirlətməyə çalışmaq bu qədər asandırmı? Heç tanımadığınız birini belə qəlbqırıcı yalanlarla incitmək rəvadırmı? Məgər bu hörmətsizlik mənə qarşı ədalətsizlik deyilmi? Şəxsi həyatıma müdaxilənin bir sərhədi olmalıdır. Sənətimə, dinləyicilərimə olan hörmətim, sevgim və xoş niyyətimlə irəlilədiyim bu yolda qarşılaşdığım bu haqsızlıqlar sona çatmayacaqmı?”, deyə müğənni sual dolu üsyanını yazaraq dilə gətirib.


Tarkan və sevgilisi

İfaçı 2015-ci ilin son günlərində sevənlərinə gözlənilməz sürpriz edib. Evlilik yolunda ilk addımı atan Tarkan sevgilisi Pınar Diləyin evinə elçi gedib. Qız tərəfindən "hə" cavabı alan müğənni toy hazırlıqlarına start verib.

"Pınarla gözəl bir əlaqəmiz var", - deyən ifaçı haqqında yayılan xəbərləri təsdiqləyib. Onun seçimi olan P.Dilek 1985-ci ildə anadan olub. Valideynləri türk olsa da, o, Almaniyada dünyaya göz açıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=369421

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR