“PAŞA Sığorta” müştərilərin təhlükəsizliyi ilə bağlı kampaniyaya başlayıb

“PAŞA Sığorta” müştərilərin təhlükəsizliyi ilə bağlı kampaniyaya başlayıb
19:48 11 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 yanvar, AZƏRTAC
“PAŞA Sığorta” şirkəti müştərilərinin təhlükəsizliyini düşünərək KASKO sığortası üzrə müraciət edəcək müştərilər üçün yeni “KASKO almaq Sizdən, Təhlükəsizlik dəsti Bizdən!” adlı kampaniyasına başlayıb.
“PAŞA Sığorta” şirkətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanvarın 12-dən 30-na kimi yalnız facebook sosial şəbəkəsi üzərindən KASKO sığortası üzrə müraciət edəcək müştərilər təhlükəsizlik dəsti hədiyyə qazanacaqlar. Dəstə ilk tibbi yardım çantası, qaz balonu, təhlükəsizlik üçbucağı daxildir.
Avtomobilinizin kasko qiymətini öyrənmək üçün “PAŞA Sığorta” şirkətinin rəsmi facebook səhifəsinə daxil olaraq, avtomobilinizin modeli və dəyərini, şəxsiyyət vəsiqənizin, avtomobilinizin qeydiyyat şəhadətnaməsinin şəklini, sürücülük təcrübənizi və əlaqə nömrənizi facebook mesaj olaraq göndərməniz lazımdır.
Şirkətdən aldığımız məlumata əsasən kampaniya “PAŞA Sığorta” şirkətinə müraciət edəcək müştərilərin təhlükəsizliyini təmin etmək məqsədi ilə keçirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/PASA_Sigorta_musterilerin_tehlukesizliyi_ile_bagli_kampaniyaya_baslayib-917577

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR