Həbs olunan gənc bloggerin təqsirləndirildiyi maddə məlum olub

Həbs olunan gənc bloggerin təqsirləndirildiyi maddə məlum olub
19:57 11 Yanvar 2016
69 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 11 yanvar. REPORT.AZ/ Həbs olunan gənc bloger Hüseyn Əzizoğlunun nədə günahlandırıldığı və İnzibati Xətalar Məcəlləsinin hansı maddəsi ilə təqsirləndirildiyi məlum olub.
Ailəsindən "Report"a verilən məlumata görə, yanvarın 8-də H.Əzizoğlu yaşadığı məhəllədə bir nəfərlə dalaşıb. 
Davaya görə polis onu saxlayıb. H.Əzizoğlu İnzibati Xətalar Məcəlləsinin 296-cı (xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə ittiham olunub və 15 sutka azadlıqdan məhrum edilib.
O, inzibati qaydada həbs olunanların Binəqədidəki saxlanma məntəqəsində saxlanılır. 

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/hebs-olunan-genc-bloggerin-teqsirlendirildiyi-madde-melum-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR