"Əl-Qaidə" intiqam alacaq

"Əl-Qaidə" intiqam alacaq
20:31 11 Yanvar 2016
40 Digər
Ölkə mətbuatı
A- A+

“Əl-Qaidə” terror təşkilatı onlarla tərəfdarının edam edilməsinə görə Səudiyyə Ərəbistanı hökumətindən intiqam alacağını bildirib.

ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, terror təşkilatının açıqlamasında deyilir ki, bu, Ər-Riyadın qərb tərəfdarları üçün də hədiyyə olacaq.

Yanvarın 6-da isə İŞİD terror təşkilatı Səudiyyə Ərəbistanını təhdid etmişdi.

Aralarında şiə din alimi Şeyx Nimr əl-Nimrin də olduğu 47 nəfərin edam edilməsindən sonra təşkilat Səudiyyə Ərəbistanında olan həbsxanalara basqın edəcəyini açıqlamışdı.

Açıqlamada bildirilirdi ki, Səudiyyə Ərəbistanında məhbusların çoxunun Əl-Qaidə və İŞİD silahlılarının olduğu həbsxanalara basqınlar təşkil ediləcək:

"Biz hər zaman məhkumları azad etməyə çalışmışıq. Ancaq bu məsələnin həlli deyəsən, hazırkı hakimiyyət getmədən və həbsxanalar yerlə-yeksan olmadan mümkün görünmür".

Bu il yanvarın 2-də Səudiyyə Ərəbistanında 47 nəfər haqqında ölüm hökmü icra edilib. Edam olunan şəxslər arasında “Əl-Qaidə” terror təşkilatının Səudiyyə Ərəbistanındakı liderlərindən olan Faris əz-Zəhrani və digər din xadimi Şeyx Nimr əl-Nimr də olub.


Şeyx Nimr əl-Nimr - edam olunan şiə lideri


Onlar terrorçuluqda, ekstremist fəaliyyətdə ittiham olunaraq 2014-cü ildə məhkum ediliblər.

Edam edilənlərin 45 nəfəri Səudiyyə vətəndaşı olub, onların əksəriyyətinin 2003-2006-cı illərdə terror aktları törətmiş “Əl-Qaidə” üzvləri olduğu bildirilir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369428

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR