Növbəti səyyar qəbul yanvarın 15–də keçiriləcək

Növbəti səyyar qəbul yanvarın 15–də keçiriləcək
20:48 11 Yanvar 2016
41 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 yanvar, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən növbəti səyyar qəbul yanvarın 15–də 46 nömrəli məktəbdə keçiriləcək.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, səyyar qəbula Nəsimi və Binəqədi rayonlarının məktəblərinin, məktəbdənkənar tərbiyə işi mərkəzlərinin müəllimləri, valideynlər müraciət edə bilərlər.
Səyyar qəbullar saat 10.00–da başlanacaq və vətəndaşların müraciəti bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsi BŞTİ-nin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir.
Məktəblərdə səyyar qəbullar keçirilməklə müəllim və valideynləri narahat edən məsələlər BŞTİ-nin rəhbər şəxsləri tərəfindən öyrənilir, problemli məsələlər həll edilir, lazımi təşkilati və maarifləndirmə tədbirləri görülür.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Novbeti_seyyar_qebul_yanvarin_15_de_kechirilecek-917602

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR