Qonşusunu döyüb xəstəxanalıq etdi

Qonşusunu döyüb xəstəxanalıq etdi
20:57 11 Yanvar 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Goranboyda qonşular arasında dava olub. 

APA-nın verdiyi məlumata görə, rayonun 1 May kənd sakini, 1983-cü il təvəllüdlü Ramin Abdullayev baş nahiyəsindən aldığı ağır xəsarətlərlə Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
 
Ona dərhal tibbi yardım göstərilib. Vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə köçürülüb. R. Abdullayevin qonşusu tərəfindən döyüldüyü bildirilir.
 
Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.                       

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/397028.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR