Füzuli Dövlət Dram Teatrının kollektivi əsgərlər qarşısında çıxış edib

21:04 11 Yanvar 2016
12 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 yanvar, AZƏRTAC
Füzuli Dövlət Dram Teatrı Yeni il münasibətilə ənənəvi görüşlərindən birini “N” saylı hərbi hissənin əsgərləri ilə keçirib.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Müdafiə Nazirliyinin, Füzuli Rayon İcra Hakimiyyətinin və digər qurumların nümayəndələri iştirak ediblər.
Şaxta baba və Qar qızın yeni il təbriki, teatr aktyorlarının maraqlı səhnəcikləri, rəqslər ön cəbhənin əsgərlərində və qonaqlarda xoş ovqat yaradıb.
Tədbir əsgərlərlə birgə nahar süfrəsi ətrafında davam edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Fuzuli_Dovlet_Dram_Teatrinin_kollektivi_esgerler_qarsisinda_chixis_edib-917611

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR