Sabirabadda 26 yaşlı oğlan bıçaqlandı

Sabirabadda 26 yaşlı oğlan bıçaqlandı
21:34 11 Yanvar 2016
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabirabadda bıçaqlanma hadisəsi baş verib.  APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə səhər saatlarında rayonun Muğangəncəli kəndində  qeydə alınıb.

 

Həmin kəndin sakini, 1998-ci il təvəllüdlü Mirzəyev Dəyanət Habil oğlu aralarında yaranmış mübahisə zəminində Güdəcühür kənd sakini, 1990-cı il təvəllüdlü Samir Əliqiyas oğlu Hüseynovu bıçaqlayıb. Yaralı  sol böyrünün kəsilmiş-deşilmiş yarası diaqnozu ilə  Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib və cərrahiyə  əməliyyatına götürülüb. Cinayəti törədən şəxs polis tərəfindən saxlanılıb.

 

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində (RPŞ) cinayət işi açılıb, araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR