Azərbaycan Prezidenti: "Keçən il ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulub"

Azərbaycan Prezidenti: "Keçən il ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulub"
21:37 11 Yanvar 2016
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev ötən il Azərbaycan iqtisadiyyatının artdığını bildirib. "Ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi isə 8,4 faiz artmışdır. Bu, məni çox sevindirir. Çünki bu, son illər ərzində qeyri-neft sektorunun inkişafı deməkdir, aparılan islahatların nəticəsidir. Hesab edirəm ki, qeyri-neft sənayesinin 8,4 faiz artması bizim əsas göstəricimizdir", - deyə dövlətimizin başçısı diqqətə çatdırıb.

Azərbaycan Prezidenti keçən il ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulduğunu, bunun yarısının xarici sərmayə olduğunu söyləyib. "Bu da çox müsbət haldır. Yəni, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi öz potensialını təqdim edir", - deyən Prezident İlham Əliyev başqa iqtisadi göstəricilərin də müsbət dinamikanı göstərdiyini vurğulayıb. Dövlətimizin başçısı bildirib ki, 2015-ci ildə bütün bu geosiyasi və iqtisadi amilləri nəzərə alsaq, iqtisadi inkişafa nail olmaq özlüyündə böyük nailiyyətdir.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/397038.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR