Sabirabadda bıçaqlanma hadisəsi baş verib

Sabirabadda bıçaqlanma hadisəsi baş verib
21:47 11 Yanvar 2016
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabirabadda bıçaqlanma hadisəsi baş verib. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında rayonun Muğangəncəli kəndində qeydə alınıb.
 
Həmin kəndin sakini, 1998-ci il təvəllüdlü Mirzəyev Dəyanət Habil oğlu aralarında yaranmış mübahisə zəminində Güdəcühür kənd sakini, 1990-cı il təvəllüdlü Samir Əliqiyas oğlu Hüseynovu bıçaqlayıb. Yaralı sol böyrünün kəsilmiş-deşilmiş yarası diaqnozu ilə  Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib və cərrahiyə əməliyyatına götürülüb. Cinayəti törədən şəxs polis tərəfindən saxlanılıb.
 
Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində (RPŞ) cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/397041.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR