Prezident: Süni bahalaşmaya son qoyulmalı və burada çox ciddi cəza tədbirləri görülməlidir

Prezident: Süni bahalaşmaya son qoyulmalı və burada çox ciddi cəza tədbirləri görülməlidir
22:23 11 Yanvar 2016
65 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 yanvar, AZƏRTAC
Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev istehlak qiymətlərinə çox ciddi nəzarət etmək lazım olduğunu bildirib.
Dövlətimizin başçısı deyib ki, manatın məzənnəsinin dəyişməsi ilə bağlı bəzi işbazlar qiymətləri süni şəkildə qaldırmaq istəyirlər. “Əlbəttə ki, biz ərzaq məhsulları ilə bağlı müəyyən dərəcədə idxaldan asılıyıq. Hələ ki, özümüzü tam 100 faiz təmin edə bilməmişik. Ancaq o məhsullar ki, Azərbaycanda istehsal olunur, orada qiymət artımı ümumiyyətlə mümkün deyil, olmamalıdır”, - deyə Prezident İlham Əliyev qeyd edib.
Azərbaycan Prezidenti deyib: “Ümumiyyətlə, mən bilirəm, məlumat da gəlir ki, natəmiz insanlar, işbazlar bax bu məzənnə məsələsindən sui-istifadə etmək istəyirlər. Buna son qoyulmalıdır. Süni bahalaşmaya son qoyulmalıdır və burada çox ciddi cəza tədbirləri görülməlidir. Biz sadəcə olaraq cərimələrlə kifayətlənməməliyik. Prokurorluq orqanları çox ciddi məşğul olsun. Bu vəziyyətdən öz şəxsi maraqları üçün istifadə etmək istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görülməlidir. Mətbuatda da bu, işıqlandırılmalıdır ki, buna son qoyulsun”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Prezident_Suni_bahalasmaya_son_qoyulmali_ve_burada_chox_ciddi_ceza_tedbirleri_gorulmelidir-917624

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR