​Lionel Messi 5-ci dəfə "Qızıl top"a sahib çıxıb

​Lionel Messi 5-ci dəfə "Qızıl top"a sahib çıxıb
23:02 11 Yanvar 2016
41 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 11 yanvar. REPORT.AZ/2015-ci ilin ən yaxşı futbolçuları açıqlanıb. "Report"un məlumatına görə, ən yaxşı qadın futbolçu adına Karli Lloyd (ABŞ) yiyələnib. O, Kanadada keçirilmiş qadın futbolçular arasında dünya çempionatının qalibi olub. Lloyd Aya Miyama (Yaponiya) və Seliya Şaşiçi (Almaniya) üstələyib.
Ən yaxşı kişi futbolçu isə Lionel Messi ("Barselona", Argentina) sayılıb. Messi bu ada karyerasında 5-ci dəfə sahib olub. Bu dəfə Argentinalı hücumçu "Barselona"dakı həmklubu Neymarla "Real Madrid"in portuqaliyalı hücumçusu Kriştianu Ronaldunu geridə qoyub.
Onlara "Qızıl top" verilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR