Oksana məşhur hind aktyoru Dharmendranın evində qonaq olub - VİDEO - FOTO

Oksana məşhur hind aktyoru Dharmendranın evində qonaq olub - VİDEO - FOTO
23:32 11 Yanvar 2016
131 Digər
Ölkə mətbuatı
A- A+

Rəqqasə Oksana Rəsulova Bollivudun məşhur aktyoru Dharmendranın Hindistandakı evində qonaq olub.

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, arzuları reallığa çevrilən Oksana sevincini bölüşüb:

"Dünənn Hindistanın məşhur Bollivood aktyoru Dharmendra Deolun (məşhur film adları "Shaka", "Vir") Lunavala qəsəbəsində yerləşən rançosunda qonaq olduq. Mən artıq ikinci dəfədir ki, onun evində qonaq oluram. Birinci dəfə Mumbai şəhərində evində Şəhriyar Əbilovla çəkiliş üçün qonaq idik. Sadəcə demək istəyirəm ki, əziz dostlar arzunuzun dalınca gedin. Məni qınayanlar çoxdu. Sual verirlər ki, niyə bura gəlmişəm və s. Amma uşaqlığımda onları realda görmək arzusunda idim. Gördüm. Bəli,sevinirəm, həm də çox və istəyirəm ki, hər kəs ürəyində olan öz arzusuna çatsın. Amin! Bu aktyor haqqında bir onu demək istəyirəm ki, böyük insandır. Necə ki, gözləri saf və təmiz baxışlı, elə də ürəyi saf və çox geniş. Mən bu aktyoru dəhşət çox istəyirəm. Allah ona ömür versin".

Milli.Az



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR