"Bir çox ölkələr Azərbycanın təcrübəsini öyrənə bilər" (VİDEO)

"Bir çox ölkələr Azərbycanın təcrübəsini öyrənə bilər" (VİDEO)
23:36 11 Yanvar 2016
26 Digər
Ölkə mətbuatı
A- A+

Dünən ölkə pezidentinin məlum sərancamı ilə 2016-cı il "Multikulturalizm ili" elan edilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov, araşdırmaçı-jurnalist Niyaz Niftiyevin “Nəzər Nöqtəsi”ndə sualları cavablandırıb.

Multikulturaliz mövzusu bizim həyatımıza, məişətimizə, düşüncəmizə yeni daxil olub. Artıq 10 ildir ki, siz bu mövzunu araşdırısınız. Dünya 60-cı illərdən bu terminlə tanışdır. Xeyli vaxtdır ki, Azərbaycanda da multikulturalizm barədə söhbətlər gedir. 2014-cü ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı.

– Azad müəllim multikulturalizm nədir axı? Bir çoxları düşünür ki, bu beynəlmiliçilik anlayışının yeni bir terminidir. Amma mahiyyətdə fərqlər varmı? Ümumiyyətlə, bu eyni anlamdırmı?

- Qısaca olaraq, multikulturalizm mədəniyyətlər, dinlər, dillər arasında bir ünsiyyətdir. Bu ünsiyyətin əsasında üç amil – tolerantlıq, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət durur. Əgər bunların hər üçü bir yerdə varsa, deməli harmonik multikultural bir situatsiya yaranır. Biz hesab edirik ki, Azərbaycan modeli məhz bu cür harmonik uğurlu bir situatsiyadır. Azərbaycan modeli dünyaya təqdim olunmağa layiqdir. Düşünürəm ki, bu mənada Azərbaycan multikulturalizm dünya üçün nümunəvi bir model kimi təşviq olmalıdır. Bizim mərkəzin də əsas məqsədi bu təşviqi həyat keçirməkdir.

– Azad müəllim, belə anladım ki, artıq Azərbaycan modeli oturuşmuş bir modeldir. Biz bunun yalnız dünyaya tanıtmaq, təşviq etməklə istiqamətində çalışmalıyıq. Etiraf edək ki, bununla bağlı kifayət qədər məlumat yoxdur. Bu fürsətdən istifadə edərək bu boşluğu doldurmalıyıq.

- Multikulturalizm anlayışını geniş götürəndə buna iki yanaşma var. Qeyd etdiyim kimi onlardan biri birgəyaşayış, yəni tarixən etnik və dini qrupların harmonik birgəyaşayışdır. Bu model Azərbaycan modelinə, yəni multikultural situatsiya Azərbaycana daha yaxındır. Multikulturalizmə digər yanaşma isə Kanada modeli olan “qaynayan qazan” çox zamanı bu modelə oxşadırlar. Yəni hamının bir qazanda qaynaması.

Müsahibəyə daha ətraflı aşağıdakı video materiallarda baxa bilərsiniz:




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369443

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR