​Baş nazirin müavini: "150 min məcburi köçkün olduqca çətin şəraitdə yaşayır"

​Baş nazirin müavini: "150 min məcburi köçkün olduqca çətin şəraitdə yaşayır"
23:37 11 Yanvar 2016
43 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 11 yanvar. REPORT.AZ/ "150 min nəfər məcburi köçkün Bakıda istismara yararsız yataqxana, pansionat, yarımçıq tikililərdə olduqca çətin şəraitdə yaşayır".
"Report" xəbər verir ki, bunu baş nazirin müavini Əli Həsənov yanvarın 10-da Nazirlər Kabinetinin Azərbaycan prezidenti İlham Əliyev sədrliyi ilə keçirilmiş 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
O qeyd edib ki, "vaxtilə təklifimiz nəticəsində Abşeron rayonunun Qobu qəsəbəsində yaşayış massivinin layihələndirilməsinə başlanılıb. Hesab edirəm ki, Bakı şəhərində vəziyyəti yüngülləşdirməyin çıxış yolu, imkan yarananda, həmin yaşayış massivinin layihələndirilməsi və tikilməsidir".
"Tapşırığınız əsasında məcburi köçkünlərə nəzərdə tutulan güzəştlərin tam təhlili aparılıb, 2016-cı ildə komitəyə ayrılan büdcədən 40 milyon manata qədər vəsaitə qənaət edilməsi üçün təkliflər hazırlanıb. Həmin təkliflər aidiyyəti nazirlərlə müzakirədən sonra yaxın vaxtlarda zati-alinizin diqqətinə təqdim ediləcək.
Məlumat üçün bildirirəm ki, 2015-ci ildə komitəyə ayrılmış büdcədən, yaranmış maliyyə çətinlikləri nəzərə alınaraq, 5 milyon manat vəsaitə qənaət edilib", - deyə Əli Həsənov bildirib.

Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/bas-nazirin-muavini-150-min-nefer-mecburi-kockun-olduqca-cetin-seraitde-yasayir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR