Hər kəsin müxtəlif proqramlar və filtrlərin köməyi ilə gözəl görünməyə çalışdığı sosial şəbəkələrdə yeni axın başlayıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, hazırda İnstaqramda "#nomakeupselfie" heşteqiylə yayımlanan makiyajsız selfilər daha maraqla qarşılanır.
Dünyanın dörd tərəfindən qadınlar özlərinin ən təbii hallarının fotolarını yayımlayaraq diqqət çəkməyə başlayıblar. Onlar arasında adi insanlar və məşhurlar da var. Ulduzlar bu aksiyaya xərçəng xəstəliyi araşdırmaları edən fonda kömək məqsədiylə qatılıblar.