Madriddə bayramların qeyd olunmasına ayrılan maliyyə vəsaiti mübahisələrə səbəb olub

Madriddə bayramların qeyd olunmasına ayrılan maliyyə vəsaiti mübahisələrə səbəb olub
00:13 12 Yanvar 2016
26 Digər
Ölkə mətbuatı
A- A+


Madrid, 12 yanvar, AZƏRTAC
Madrid meri Manuela Karmena 2016-cı ildə şəhərdə qeyd ediləcək Ramazan, Çin Yeni ili və Pasxa bayramları münasibətilə keçiriləcək tədbirlər üçün ümumilikdə 150 min avro ayrılması barədə qərar verib. Bu məbləğ üç bayram arasında bərabər bölünəcək.
Paytaxt merinin bu qərarı mübahisələrə səbəb olub. İspaniyanın sənaye, energetika və turizm naziri Xose Manuel Soriya deyib ki, ölkə əhalisinin 69,3 faizi katolikdir və yalnız 1,9 faiz vətəndaş başqa dinlərə sitayiş edir. Belə olan halda bu qərar anlaşılan deyil. 2014-cü ildə yalnız Pasxanın qeyd olunmasına 216 min avro xərclənmişdi.
Madrid meri isə qərarını izah edərkən şəhərin dünyanın bütün dinləri və mədəniyyətləri üçün eyni dərəcədə maraqlı olmasının vacibliyini qeyd edib.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Madridde_bayramlarin_qeyd_olunmasina_ayrilan_maliyye_vesaiti_mubahiselere_sebeb_olub-917631

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR