Şahzadə Kristina həbs oluna bilər (VİDEO)

Şahzadə Kristina həbs oluna bilər (VİDEO)
00:16 12 Yanvar 2016
36 Digər
Ölkə mətbuatı
A- A+

İspaniyalı şahzadə Kristina maliyyə fırıldaqlarına görə məhkəmə qarşısına çıxacaq.

ANS TV-nin məlumatına görə, bu ölkənin kral ailəsinin istintaqa cəlb olunan ilk üzvüdür. Onun həyat yoldaşı və digər 16 təqsirləndirilən şəxslə birgə dövlət əmlakının mənimsənilməsi və vergidən yayınma ilə bağlı “böyük sxemdə” əli olduğu güman edilir. Bütün cavabdehlər onlara qarşı irəli sürülən ittihamları rədd edir.

50 yaşlı şahzadə Kristinanı günahı sübuta yetiriləcəyi təqdirdə 8 ilə qədər həbs cəzası gözləyir. Palma məhkəməsində aparılan proses kral ailəsinin ictimai nüfuzuna böyük zərbə vurub.

İddialara görə, şahzadə Kristinanın həyat yoldaşının qeyri-gəlir “Noos İnstitut” idman fondu regional hökümətlərdən məbləğləri şişirdilmiş kontraktlar udaraq, gəlirləri gizli ofşer hesablarına yönəldib. “Noos İnstitut” fonduna dövlətdən 5.6 milyard avro vəsaitin ayrıldığı bildirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR