Lionel Messi "Qızıl top"un sahibi oldu

Lionel Messi "Qızıl top"un sahibi oldu
00:33 12 Yanvar 2016
92 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Yanvarın 11-i 2015-ci ilin ən yaxşı futbolçusuna veriləcək "Qızıl top"un yeni sahibi müəyyənləşib.

Trend-in məlumatında görə, İsveçrənin Sürix şəhərində keçirilən tədbirdə FİFA-nın sorğusuna əsasən, "Barselona"nın argentinalı hücumçusu Lionel Messi ötən ilin ən yaxşısı seçilib. O, səsvermədə "Real Madrid" klubunun futbolçusu Kriştiano Ronaldonu, "Barselona"dan isə Neymarı qabaqlayıb.

Bununla da, Messi 5-ci dəfə "Qızıl top"-a sahib çıxmaqla dünya futbol tarixində ilkə imza atıb.

Xatırladaq ki, Messi 2009, 2010, 2011 və 2012-ci illərdə bu mükafatı qazanmışdı.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2479088.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR