​Azərbaycanda qazlaşdırma təqribən 90 faizə çatıb

​Azərbaycanda qazlaşdırma təqribən 90 faizə çatıb
01:37 12 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 12 yanvar. REPORT.AZ/ "Azərbaycanda qazlaşdırma təxminən 90 faizə çatıb".
"Report" xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev yanvarın 10-da sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
"İndi Azərbaycanda qazlaşdırma təxminən 90 faizə çatıb. Çox gözəl göstəricidir. “Azərişıq” indi bölgələrdə fəal iş aparır. Mən də bölgələrdə olarkən, vəziyyətlə maraqlanarkən yerli nümayəndələr, vətəndaşlar bildirirlər ki, son vaxtlar bölgələrdə elektrik enerjisi ilə təchizat daha da yaxşılaşıb. Elə etməliyik ki, bölgələrdə elektrik enerjisi ilə təchizat Bakıdakı kimi olsun. Ona görə, kifayət qədər generasiya güclərimiz yaradılıb. İndi əsas məsələ ondan ibarətdir ki, biz insanlara bu elektrik enerjisini fasiləsiz çatdıra bilək".

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/azerbaycanda-qazlasdirma-texminen-90-faize-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR