Tom Butçer: “Formula-1” üzrə Avropa Qran-pri yarışları Azərbaycan üçün əhəmiyyətli hadisədir

Tom Butçer: “Formula-1” üzrə Avropa Qran-pri yarışları Azərbaycan üçün əhəmiyyətli hadisədir
01:48 12 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 yanvar, AZƏRTAC
Qarşıdakı beş ay ərzində bakılılar şəhər küçələrinin əsl yarış trasına çevrilməsinin şahidi olacaqlar. Bu tras Beynəlxalq Avtomobil Federasiyasının (FİA) bütün tələblərinə cavab verəcək.
AZƏRTAC F-1.az saytına istinadla xəbər verir ki, bu sözləri “Formula-1” üzrə Avropa Qran-prisinin təşkilatçısı olan “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin baş təşkilatçısı Tom Butçer nüfuzlu “Ukraine Today” resursuna bu ilin yayında keçiriləcək yarışın hazırlıq mərhələsindən danışarkən deyib.
Tom Butçer bildirib ki, onlar “Formula-1” komandalarının bokslarını, yarışın idarə olunması üçün zəruri olan qülləni, komandaların binalarını, eləcə də tras ətrafında altı böyük müvəqqəti tribuna quraşdıracaqlar. ““Formula-1” üzrə Avropa Qran-prisi Azərbaycan üçün əhəmiyyətli hadisədir və biz bu yarışla fəxr edəcəyik”, - deyə o əlavə edib.
Qeyd edək ki, trasda debüt yarışı bu il iyunun 17-19-da keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tom_Butcher_Formula_1_uzre_Avropa_Qran_pri_yarislari_Azerbaycan_uchun_ehemiyyetli_hadisedir-917633

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR