Oktay Kaynarca həbs oluna bilər

Oktay Kaynarca həbs oluna bilər
01:51 12 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Hazırda "Eşkiya dünyaya hükümdar olmaz" serialında çəkilən Oktay Kaynarca həbs oluna bilər.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, İstanbul məhkəməsində aktyora aid olan yaxtada müqaviləsiz və oğurluq su işlətməsi haqda iş açılıb. O.Kaynarcadan edilən şikayətdə aktyorun 2 aydan 6 aya kimi həbsi tələb edilib.

Aktyor bu haqda açıqlama verərək belə deyib:

"Yaxta, əslində, mənə aid deyil. Lakin şikayətdəki hadisə vaxtı mən istifadə etmişəm. Həmin ərazidə bütün yaxtalar elektrik və su ehtiyaclarını oraya abunə olan yaxta sahiblərindən alırdı. Biz suyu Metin adlı rəsmi abunə olduğunu bildiyimiz bir şəxsdən alırdıq. Kapitanımız iki dəfə ondan su aldı. Mən də 200 lirə(təxminən 100 manat) su pulu ödədim. Bəraətimi tələb edirəm. Kapitan əgər suyun pulunu ödəməyibsə, bu mənim günahım deyil".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR