Xətai və Sabunçuda civə həyəcanı

Xətai və Sabunçuda civə həyəcanı
01:58 12 Yanvar 2016
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakı şəhəri, Xətai rayonunda mənzildə termometr sınıb və daxilindəki civə ətrafa dağılıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib. Əməliyyat saat 22:30-da başa çatıb.

Həmçinin, paytaxtın Sabunçu rayonunda da mənzildə termometrin sınması nəticəsində daxilindəki civə ətrafa dağılıb. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib. Əməliyyat saat 00:00-da başa çatmışdır.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2479119.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR