"Arzularımdan daha artığını qazanmışam"

"Arzularımdan daha artığını qazanmışam"
02:01 12 Yanvar 2016
48 İdman
Ölkə mətbuatı
A- A+

Karyerası ərzində 5-ci dəfə "Qızıl top" qazanan Lionel Messi ilk açıqlamasını verib.

ANS PRESS-in məlumatına görə, argentinalı ulduz 2009, 2010, 2011 və 2012-ci illərdə dünyanın ən yaxşısı olmuşdu.

FIFA-nın yığma komandaların baş məşqçiləri və kapitanları, həmçinin jurnalistlər arasında keçirilən sorğunun qalibi ilk öncə onu seçənlərə minnatdarlığını bildirib.


Neymar və Messi

"Bu mükafatı qazanmaq çox gözəl bir duyğudu. Uşaqlığımdan xəyal etdiyim arzularımdan daha artığını qazanmışam. Ailəmə, komanda yoldaşlarıma təşəkkür edirəm. Onlarsız bütün bu uğurları qazana bilməzdim. Mənə verdiyi hər şeyə görə futbola təşəkkür etmək istəyirəm. Futbol sayəsində bu gün burdayam", - deyə "Barselona"nın və Argentina millisinin aparıcı futbolçusu bildirib.

Messi sorğuda Kriştiano Ronaldo (Portuqaliya, Real) və Neymarı (Braziliya, Barselona) qabaqlayıb. Ronaldo 3 dəfə (2008, 2013, 2014) mükafata sahib çıxıbsa, Neymar ilk dəfə namizəd olunmuşdu.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=369449

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR