​Dövlət başçısı: "Süni şəkildə iş yerləri yaradılır, sonra o maaş onun-bunun cibinə gedir"

​Dövlət başçısı: "Süni şəkildə iş yerləri yaradılır, sonra o maaş onun-bunun cibinə gedir"
02:32 12 Yanvar 2016
45 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 12 yanvar. REPORT.AZ/ "Struktur islahatları mütləq aparılmalıdır. Bəzi hallarda süni şəkildə iş yerləri yaradılır. Misal üçün, insanlar işləmirlər, amma onlara maaş yazılır. Sonra o maaş onun-bunun cibinə gedir. Bu hallara son qoyulmalıdır".
"Report" xəbər verir ki, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin yanvarın 10-da keçirilən iclasında bildirib.
Dövlət başçısı bildirib ki, bu il struktur layihələri aparılmalıdır:
"Bu il biz struktur islahatları aparmalıyıq. Buna ehtiyac var. Ümumiyyətlə, daha da çevik, operativ idarəetmə mexanizmi işlənməlidir. Bəzi hallarda bəzi qurumlar bir-birinin fəaliyyətini təkrarlayırlar. Buna yol vermək olmaz.
Struktur islahatları mütləq aparılmalıdır. Bəzi hallarda süni şəkildə iş yerləri yaradılır. Misal üçün, insanlar işləmirlər, amma onlara maaş yazılır. Sonra o maaş onun-bunun cibinə gedir. Bu hallara son qoyulmalıdır. Ona görə, çox ciddi maliyyə nəzarəti, ictimai nəzarət, dövlət nəzarəti olmalıdır. Buna son qoyulmalıdır. Lazım olmayan qurumlar ləğv edilməlidir və bu istiqamətdə yaxın gələcəkdə addımlar atılacaqdır".

Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/dovlet-bascisi-suni-sekilde-is-yerleri-yaradilir-sonra-o-maas-onun-bunun-cibine-gedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR