Sobada gülkələmi qızartması

Sobada gülkələmi qızartması
07:05 12 Yanvar 2016
66 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az sobada gülkələmi qızartmasının hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

1 gülkələmi 
1 x.q. bitki yağı
300 ml qatıq 
1 laym, yaxud limonun şirəsi
2 x.q. çili tozu
1 x.q. cirə 
1 x.q. əzilmiş sarımsaq 
1 ç.q. karri tozu
1 ç.q. qara istiot
2 ç.q. duz

Sobanı 200 dərəcə qızdırın. 

Formanı yağlayın. 

Kələmi tərtəmiz yuyun, yaşıl yarpaqlarını ayırın.

Qatığa limon şirəsi, çili tozu, cirə, sarımsaq, karri, duz və istiot qatıb qarışdırın. 
 
Kələmi hərtərəfli bu marinada batırın. Formaya qoyub 30-40 dəqiqə bişirin. 

10 dəqiqə soyudun. Boşqaba kahı yarpaqları düzüb kələmi üzərinə qoyun. 

Nuş olsun! 

Milli.Az 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR