Deputat: Prezident İlham Əliyev əhalinin sosial vəziyyətinin pisləşməməsinə çalışır

Deputat: Prezident İlham Əliyev əhalinin sosial vəziyyətinin pisləşməməsinə çalışır
07:08 12 Yanvar 2016
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva – Trend:

Manatın devalvasiyası ilə əlaqədar Azərbaycanda süni qiymət artımının qarşısı alınmalıdır. Milli Məclisin deputatı Xanhüseyn Kazımlı Trend-ə bildirib ki, süni qiymət artımının baş verməməsi üçün bu hallar tənzimlənməlidir.

Millət vəkili hazırda süni qiymət artımının qarşısını almaq üçün mübarizə aparıldığını da söyləyib.

Deputat qeyd edib ki, dünyada baş verən maliyyə böhranı şəraitində, digər tərəfdən, beynəlxalq aləmdə Azərbaycana qarşı ikili standartların hökm sürdüyü bir dövrdə Prezident İlham Əliyev əhalinin sosial vəziyyətinin pisləşməməsinə, vəziyyətin sabit saxlanılmasına çalışır.

X.Kazımlı qeyd edib ki, amma bəzi işbazlar belə bir vəziyyətdən sui-istifadə edərək dövlətinə, xalqına qarşı riyakarlıq edir, qiymətləri süni olaraq qaldırırlar: “Ölkə Prezidenti, bütün nazirliklər əllərində olan imkanlarla bu riyakar niyyətin həyata keçməsinə yol vermir. Cənab Prezident də bununla əlaqədar nazirliklərə tapşırıqlarını verib”.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2479005.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR