İtaliya sahillərində 800 il əvvəl batmış gəmi tapılıb

08:08 12 Yanvar 2016
19 Digər
Ölkə mətbuatı
A- A+


Roma, 12 yanvar, AZƏRTAC
Qəza nəticəsində batmış gəmi 800 il sonra İtaliyanın Salentino yarımadasının sahillərində tapılıb. Əsasən ağacdan hazırlanmış gəminin eni 4,5 metr, uzunluğu isə 18 metrdir. Gəmi bir neçə əsr ərzində İtaliyanın Salentina bölgəsində sahilyanı ərazidə qalıb. Bölgənin təbii ehtiyatlarını qorumaq üçün həmin ərazidə hər hansı bir fəaliyyətin həyata keçirilməsi uzun illərdir qadağan edilib. Gəmi məhz mühafizə olunan zonada aşkarlanıb.
Gəminin tapılması ilə bağlı xəbəri yerli hakimiyyət orqanlarına balıqçılardan biri çatdırıb. Bundan sonra tədqiqat aparmaq üçün gəminin tapıldığı əraziyə dalğıclar göndərilib.
Qeyd edək ki, 2012-ci ildə İtaliyanın Liguria regionu sahillərində 2000 il bundan əvvəl batmış gəmi də aşkar edilmişdi.

Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Italiya_sahillerinde_800_il_evvel_batmis_gemi_tapilib-917637

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR