"Qızıl top": Bizimkilər kimə səs verdi?

"Qızıl top": Bizimkilər kimə səs verdi?
08:12 12 Yanvar 2016
82 İdman
Ölkə mətbuatı
A- A+

FİFA 2015-ci ilin ən yaxşılarını mükafatlandırdı. Milli.Az apasport.az saytına istinadən xəbər verir ki,Sürixdə keçirilən mərasimdə argentinalı Lionel Messi 5-ci dəfə dünyanın ən yaxşı futbolçusu seçilib. 

Artıq seçimlərdə kimin kimə səs verməsi də bəlli olub. Belə ki, sorğuda Azərbaycanı 3 nəfər təmsil edib ki, bunlar milli komandamızın baş məşqçisi Robert Prosineçki, komandanın kapitanı Rəşad Sadıqov və jurnalist Rasim Mövsümovdur.
 
Beləliklə, təmsilçilərimizin seçimlərini təqdim edirik.
 
Baş məşçqi Robert Prosineçki: Lionel Messi, Kristiano Ronaldo, Tomas Müller
 
Kapitan Rəşad Sadıqov: Lionel Messi, Kriştiano Ronaldo, Suares
 
Jurnalist Rasim Mövsümov: Neymar, Suares, Levandovski.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR