Türkiyə bu snayper qadını axtarır - FOTO

Türkiyə bu snayper qadını axtarır - FOTO
11:09 12 Yanvar 2016
76 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Diyarbəkir vilayətinin Sur rayonunda "Türkiyə Silahlı Qüvvələri" (TSK) mənsubu hərbçiləri qətlə yetirən PKK terrorçusunun şəxsiyyəti açıqlanıb. Milli.Az anspress-ə istinadən xəbər verir ki, həmin terrorçunun, Suriyanın Kobani şəhərindən gələn qadın snayper olduğu müəyyənləşib. 

Təxminən 1.60 boyunda "Roza Avcı" kod adlı qadın terrorçunun 50-yə yaxın terrorçuya da snayper təlimi keçdiyi öyrənilib. Mülki əhalinin arasına qarışan qadın barədə birinci dərəcədə axtarış elan edilib. 

30 ildən çoxdur Türkiyənin baş bəlasına çevrilən PKK terrorçularına qarşı ötən ilin iyul ayından intensiv hərbi əməliyyatlar başladılıb. Bu əməliyyatlar zəminində ötən ildən ölkədə minlərlə terrorçu məhv edilib, yüzlərlə hərbçi şəhid olub. 

Ötən gün PKK-ya qarşı keçirilən əməliyyatların nə zaman dayandırılacağı barədə suala cavab verən Türkiyənin baş naziri Əhməd Davudoğlu, son terrorçu zərərsizləşdirilənə qədər bu əməliyyatların dayandırılmayacağını deyib.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/397079.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR