20 yaşlı futbolçuya 50 milyon avro

20 yaşlı futbolçuya 50 milyon avro
09:17 12 Yanvar 2016
24 İdman
Ölkə mətbuatı
A- A+

"Şalke 04"ün bu yay əvəzedici komandasından əsas heyətə yüksələn Leroy Sane Avropa nəhənglərinin diqqət mərkəzinə düşüb. Fanat.az xəbər verir ki, 20 yaşı yenicə tamam olan almaniyalı futbolçu Bundesliqadakı performansı ilə diqqəti üzərinə çəkib.

Məlumata görə, artıq "Real", "Barselona" və "Mançester Siti" kimi böyük klublar onu heyətinə qatmaq üçün yarışır. "Kicker"in məlumatında bildirilir ki, "Şalke 04" müqaviləsi 2019-cu ildə başa çatacaq futbolçusu üçün 50 milyon avrodan aşağı heç bir təklifi qəbul etməyəcək.

Qeyd edək ki, Fransa əsilli almaniyalı futbolçu bu mövsüm "Şalke 04"ün əsas komandası ilə 24 rəsmi oyunda 5 qol vurub və 5 məhsuldar ötürmə edib.

Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR